Bakıda qəzalı vəziyyətdə olan binalar sökülür — VİDEO

Oxunma sayı: 193
13-05-2022, 10:14

Bakıda qəzalı vəziyyətdə olan binalar sökülür — VİDEO
Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və İsmayıl Talıblı küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan binalar sökülür.

Söküntü işlərinə yaşayış üçün təhlükəli olan "Xruşovka" adlandırılan binalardan başlanıb.

Sözügedən ərazilərdə binaların söküntüsü mərhələli şəkildə həyata keçiriləcək. Artıq Şərifzadə 192 ünvanında yaşayan 112 ailə ilə razılıq əldə olunub və onlar kirayə mənzillərə köçürülüblər.

Ərazidə söküntü işləri aparan şirkətin direktoru Eldəniz Əliyev bildirib ki, gələcəkdə istismar müddətini başa vurmuş digər 3 binanın da sökülməsi planlaşdırılır.

Yeni salınacaq yaşayış kompleksinin 2 il müddətinə tikilərək sakinlərə təhvil verilməsi nəzərdə tutulur.//demokrat


Paylaş
Xəbər lentİ