Hövsan marşrutu qiyməti artırdı.

Oxunma sayı: 203
2-06-2022, 07:37

Hövsan marşrutu qiyməti artırdı.
2 iyun tarixindən 132 nömrəli müntəzəm marşrut xətti (Əhmədli m/s – Hövsan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Arasdırma.info xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 132 nömrəli müntəzəm marşrut üzrə gediş haqqı 0,35 manat müəyyən edilib.

Qeyd edək ki, hazırda Bakı şəhərində ümumilikdə 83 müntəzəm marşrut xəttində gediş haqqının ödənişi “BakıKart” vasitəsilə nağdsız formada həyata keçirilir.

Paylaş
Xəbər lentİ