Əlillyin müəyyən edilməsi üçün qeydiyyat üçün kompyuter sistemi işləmir.Narazılıq

Oxunma sayı: 206
21-07-2022, 09:28

Əlillyin müəyyən edilməsi üçün  qeydiyyat  üçün kompyuter sistemi işləmir.Narazılıq
Respublikada Əlillyin müəyyən edilməsi üçün verilən elektron müraciət sistemi çöküb.
Hazırda yüzlərlə əlillik dərəcəsi almaq üçün müraciət edən vətəndaşlarımız sistemin bağlı olmasından narazıdır.
Araşdırma.info xəbər verir ki,redaksiyaya mürüciət edən II Qarabağ döyüşlərində yaralanan qazilərdən bir neçəsi cənub bölgəsində heç bir səhiyə müəssisəsində elektron sistemin işləməməsi ucbatından əlillik dərəcəsi ala bilmədiyini qeyd edib.
Bununla bağlı Masallı,Lənkəran və Cəlilaabad rayonlarının səhiyyə müəssisələri ilə əlaqə saxladıq.Sistemin həqiqətən işləməməsi etiraf olundu.Baş İdarədən isə bildirdilər ki,sistem yeniləndiyi üçün dondurulub və yaxın zamanlarda açılacaq.

Paylaş
Xəbər lentİ