Dünyanı aciz qoyan qruplaşma Bakıya sızdı - Polkovnik

Oxunma sayı: 432
14-09-2019, 08:40

Dünyanı aciz qoyan qruplaşma Bakıya sızdı - Polkovnik
Narkotik satışı ilə bağlı bu qəliz üsulu Azərbaycanda icad etməyiblər. Artıq bir neçə ildir ki, bu bəla Avropanı, Amerikanı, Asiya ölkələrini cənginə alıb.

Arasdırma.info xəbər verir ki,bu sözləri Axar.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin ehtiyatda olan polis polkovniki, ekspert-kriminalist Tahir Behbudov Bakıda “Şüşə” adlı narkotik maddənin naməlum qruplar tərəfindən xüsusi üsulla satılması barədə danışarkən deyib.

O bildirib ki, Votsap və “Milli ön” vasitəsilə satış həyata keçirən belə qruplara qarşı mübarizə aparmaq xeyli çətindir:

“Heç kim bununla mübarizə apara bilmir. Təkmilləşmiş əlaqə vasitələri, qeyri-adi nəqledilmə, gizli pulköçürmə - bu problemin həlli yollarını inkişaf etmiş ölkələr böyük simpoziumlarda müzakirə edir. Amma hələ ki bu qanunsuz üsul ilə mübarizə mexanizmi tam olaraq mövcud deyil”.

Ekspert-kriminalistin sözlərinə görə, Azərbaycanda bu məsələni DTX və DİN araşdırır:

“Virtual “bariqa”ların toplaşdığı məkanlarda operativ əməliyyatlar aparılır, informasiyanın hansı mənbədən çıxması araşdırılır, şübhə doğuran bank hesablarındakı əməliyyatlar incələnir. Amma bunlar problemin həlli üçün kifayət etmir. Hüquq-mühafizə orqanlarına bu tip sms-lər gələn kimi məlumatlı olmaları gərəkdir. Yəni bir gənc bu barədə sms gələndə dərhal valideyninə, məktəbdədirsə, müəlliminə deməlidir. Onlar isə polisə müraciət etməlidirlər”, - Behbudov qeyd edib.

Xatırladaq ki, tanınmış bloger Saleh Nəsirov Bakıda qanunsuz narkotik alğı-satqısı ilə bağlı sensasion bir iddia irəli sürüb. O bildirib ki, “bariqa”lar Votsap vasitəsilə gənclərə “Şüşə” adlı narkotik maddə satırlar.

“Şüşə” adlı narkotik maddə amfetomin və metamfetamin tərkiblidir. Bu vasitə insanın mərkəzi sinir sisteminə nüfuz edir. “Şüşə” qəbul edən şəxs 10 dəqiqə ərzində tam tormozlaşmış halda olur, sonradan ona fiziki enerji gəlir. İnsana elə gəlir ki, o, ölməz olur. Belə halda o, damdan özünü atmağa və yaxud tank qabağına çıxmağa belə hazır vəziyyətdə olur. Artıq bir neçə dəfə istifadə etdikdə asılılıq gətirir.

Bu maddə epilepsiyaya, aritmiya, şizofreniyaya gətirib çıxarır. İnsan yeməkdən demək olar ki, tam olaraq imtina edir. İmmun sistemi zəifləyir, insan 99% ölümlə nəticələnən xəstəliyə yoluxur.

Paylaş
Xəbər lentİ