Kirayə mənzil axtaranların DİQQƏTİNƏ: qiymətlər...

Oxunma sayı: 168
3-09-2022, 22:46

Kirayə mənzil axtaranların DİQQƏTİNƏ: qiymətlər...

"Son üç gündə metrolara yaxın birotaqlı bina evlərinin kirayə qiyməti 400 manatı ötüb".

Arasdırma.info xəbər verir ki, bu sözləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.


Onun sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin açıqlanmasından 3 gün keçib və artıq paytaxtın əmlak bazarında metrolara yaxın ucuz kirayəlik mənzil tapmaq müşkülə çevrilib:

"Keçid ballarını aşağı salıb tələbələri Bakı universitetlərinə cəlb edəndə onlar üçün yaşamağa yer də düşünmək lazım idi. Bölgələrdən gələn aztəminatlı ailələrin tələbə övladları neyləsinlər indi? Harada qalsınlar?

Amma onlar indidən sosial problemlərlə yüklənsələr təbii ki, təhsili ikinci plana salmalı olacaqlar".//gundem.az

Paylaş
Xəbər lentİ