Yanvarda hansı sahədə qiymət artımı olacaq? - Ekspertdən açıqlama

Oxunma sayı: 159
21-12-2022, 18:53

Yanvarda hansı sahədə qiymət artımı olacaq? - Ekspertdən açıqlama
Adətən, hər il yanvar ayında müxtəlif qiymət artımlarının şahidi oluruq. Bu artım xüsusən də enerji daşıyıcılarının qiymətləri ilə bağlı olur.
Bəs, 2023-cu ilin yanvarında da qiymət artımı gözlənilirmi?

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlama verib.
İqtisadçı enerji daşıyıcılarının qiymətinin artmasının iqtisadiyyatımıza mənfi təsir edə biləcəyini vurğulayıb:
“Azərbaycanda enerji daşıyıcıları, kommunal xidmətlərdə qiymət artım o səviyyəyə çatıb ki, bunun davamının gəlməsi ölkə iqtisadiyyatı və insanların sosial vəziyyətinə ciddi şəkildə mənfi təsir göstərə bilər. Son zamanlar neft qiymətləri yüksək göstəriciyə sahib olsa da, artıq azalma müşahidə olunur. Bunu bəhanə edib hansısa enerji daşıyıcılarının, dizel yanacağının, elektrik enerjisinin, yaxud da təbii qazın qiymətinin artırılması ilə bağlı qərar vermək məntiqsizlik olar. İndiki vaxtda bu qərar Azərbaycan iqtisadiyyatına çox böyük zərbə vura bilər. Ona görə də belə bir qərarın olacağını düşünmürəm”.
N.Cəfərli sonda bildirib ki, nəqliyyatda gediş haqqı və buna bənzər başqa tariflərin dəyişməsi, qiymətlərin artırılması gözləniləndir:
“Ola bilər ki, 2023-cü il yanvar ayının 1-dən etibarən nəqliyyatla bağlı yeni qərar verilsin”.

Paylaş
Xəbər lentİ