Maaşlar artır,Tibb Universitetində...

Oxunma sayı: 158
28-12-2022, 20:00

Maaşlar artır,Tibb Universitetində...
Azərbaycan Tibb Universitetində çalışan professor-müəllim, tədris-köməkçi, mühəndis-texniki heyətin və inzibati-təsərrüfat işçilərinin vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 20%, onlara verilən əlavə əməkhaqqı isə 10% artırılacaq.

Ali məktəbdən bildirilib ki, bu barədə ATU-nun Böyük Elmi Şurasının iclasında qərar qəbul olunub.


Rektor, professor Gəray Gəraybəyli bu artımın son illərdə universitetimizə qəbul edilən xarici vətəndaşların sayının çoxalması sayəsində mümkün olduğunu deyib.

Paylaş
Xəbər lentİ