2022-ci il dünyada olduğu kimi, Azərbaycanda da bahalaşma və infliyasiya ilə yadda qaldı.
Arasdırma.info xəbər verir ki,bunu Bakupost.az -a açıqlamasında iqtisadçı Rəşad Həsənov ilin iqtisadi yekunları barədə danışarkən deyib.
Onun sözlərinə görə, 2022-ci il dünya və Azərbaycan iqtisadiyyatında mühüm hadisələrlə yadda qaldı:
"Pandemiyadan sonra sürətli bərpa prosesinin müşahidə olunması ehtimalı yüksək idi. Lakin təəssüf ki, Rusiya-Ukrayna konflikti iqtisadi tempi zəiflətdi. Azərbaycan istisadiyyatı da bundan təsirləndi".
R. Həsənov bildirib ki, enerji qiymətlərinin bahalaşması ölkənin son 4-5 ildə müşahidə etmədiyi böyük resurs gəlirlərinin axınını təmin etdi:
"Bu eyni zamanda imkan yaratdı ki, manatın məzənnəsi sabit saxlanılsın. Sabit məzənnə qismən də olsa, xaricdən yaranan qiymət artımını zəiflədir. İkinci müsbət hadisə isə gözlənilənlərin əksinə olaraq, Rusiyadan Azərbaycana pul baratlarının artmasıdır. Hesablamalara görə, bu istiqamətdə azalmalar qeydə alınmalı idi. Amma Azərbaycana Rusiyadan daxil olan vəsait 6 dəfəyə yaxın artıb. Bu, Azərbaycanın qeyri-neft məhsullarının ixracından gələn gəlirinə bərabər bir rəqəmdir. Amma eyni zamanda təbii ki, bunun orta və uzun müddətli dövrdə mənfi təsirləri ilə müşahidə olunacaq.
Bununla belə, 2022-ilin əvvəlində açıqlanan sosial paketlər, yəni əmək haqlarının, təqaüdlərin, sosial müvainətlərin artması infliyasiyanın qurbanına çevrildi. 2022-ci ildə Azərbaycan hökuməti də bu istiqamətdə heç bir iş görmədi. Sadəcə əhalinin bəxti gətirdi ki, manatın məzənnəsi sabit saxlanıldı".
R.Həsənovun fikrincə, gələn il iqtisadiyyatda artım olacaq:
"İqtisadiyyat böyüyəcək. Ancaq quru sərhədləri açılmasa, turizm sektorunun tam bərpası ehtimalı çox aşağıdır. Sərhəd bölgələrində ailə təsərrüfatlarının yoxsullaşması prosesi daha da dərinləşəcək.
Hər hansı bir kəskin dəyişiklik baş verməsə, 2023-cü ildə manatın məzənnəsi sabit qalacaq. Eyni zamanda hökumət büdcə prosesində ortaya qoyduğu mövqeni davam etdirəcəksə, 2023-cü ildə böyük bir sosial dəstək paketləri gəlməyəcək. Çünki bu istiqamətdə sənədlərdə hər hansı mesaj yoxdur. Neftin qiyməti hökumətin büdcədə nəzərdə tutduğunun üzərində olacaqdır. Bu da büdcə kəsrinin olmamasına imkan yaradacaq. İşğaldan azad olunmuş ərazilərlə bağlı hələlik sülh sazişi gözlənilmədiyi üçün, böyük xarici infestisiyaların və yerli infestisiyarın axını çox aşağıdır. Növbəti ildə bura yalnız dövlət xərcləmələri yönələcək. Bunlar infrastruktur layihələrin icrasına sərf olunacaq. Məşğulluqla bağlı böyük bir dəyişiklik baş verməyəcək. Əmək bazarında ciddi bir tələbin formalaşmasını da gözləmirəm. Təxminən 2022-cilin ilin tempi 2023-cü ildə də özünü göstərəcək. Təəssüf ki, inflyasiya artıq xroniki xarakter alıbr. 2023-cü ildə də infliyasinanın davam etməsi istiqamətində proseslər müşahidə olunacaq".
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70