Sosial şəbəkələrdəki iş elanlarına inanmayın ,700-1000AZN əmək haqqı !

Oxunma sayı: 141
21-01-2023, 21:47

Sosial şəbəkələrdəki iş elanlarına inanmayın ,700-1000AZN əmək haqqı !
Son zamanlar sosial şəbəkələrdə iş elanlarının çox yayıldığını, bunun üçün xüsusi platformaların yaradıldığını müşahidə edirik. İndiyə qədər adət etdiyimiz ictimai yerlərdə, küçə və prospektlərdə reklam lövhələrinə, divarlara, dayanacaqlara yapışdırılan elanlar artıq elektron mediaya keçib. Bəs görəsən, əksəriyyətin işsizlikdən şikayətləndiyi dövrdə addımbaşı rastlaşdığımız iş elanlarına etibar etmək olarmı?
Bu dələduzluq, ikincisi isə insan alverinə, məcburi əməyə cəlbetmə kimi ağır məsələlər ola bilir. Birinci halda, dələduzluqla məşğul olan şəxslər şəhərin müxtəlif yerlərində otaq götürür, ofis adı ilə işlədir. Müxtəlif hissələrə elanlar vururlar, çarəsiz insanlar o elanları görüb, zəng edirlər, müraciət edirlər. Həmin işsiz insanlar anket doldururlar, hətta həmin anket üçün 10-20 manat civarında pul da ödəyirlər. Çox da böyük məbləğ olmadığına görə, insanlar aldandığını anlayanda şikayət etmir, bu işdən əl çəkirlər. Amma düşünün ki, bu kiçik məbləğləri gün ərzində, ay ərzində müraciət edən insanlardan toplayan həmin dələduzlar böyük məbləğlərlə pul qazanırlar.
Qətiyyən belə elanlara aldanmayın.Hər halda sizdən sənədlər üçün tələb olunan 10-20 manatı ödəməyin.

Paylaş
Xəbər lentİ