Zəlzələdə həlak olan azərbaycanlıların ailələrinə 10 min manat verildi

Oxunma sayı: 128
25-02-2023, 03:57

Zəlzələdə həlak olan azərbaycanlıların ailələrinə 10 min manat verildi

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan azərbaycanlıların ailələrinə maddi yardım göstərilir.

Arasdırma.info xəbər verir ki, çoxsaylı insan tələfatına səbəb olmuş faciə nəticəsində Adıyaman, Kahramanmaraş və Malatyada həlak olanlar arasında azərbaycanlılar da olub.

Həlak olmuş soydaşlarımızın ailələrinə dəstək məqsədilə hazırda Heydər Əliyev Fondu tərəfindən 10 min AZN məbləğində maddi yardım verilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində 10 Azərbaycan vətəndaşı həlak olub. //yenisabah

Paylaş
Xəbər lentİ