Bu il Azərbaycanda orta illik inflyasiyanın 10,4 faiz olması proqnozlaşdırılır.
Aradırma.info xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında deyib.
İqtisadçı ekspert Rəşad Həsənov isə bildirir ki, inflyasiya göstəricisi ilə bağlı fərqli proqnozlar var və bu rəqəmin daha yüksək olacağı gözlənilir.
Ekspert bildirir ki, Dövlət Statistika Komitəsinin ailə təsərrüfatları arasında keçirdiyi sorğu nəticələrinə görə, ölkə əhalisinin hər 100 nəfərindən 11-nin gəlirləri 200, 55-nin gəlirləri isə 300 manatdan aşağıdır. Hər 100 nəfərdən yalnız 6-7-sinin gəlirləri 500 manatdan yuxarıdır.
Rəşad Həsənovun sözlərinə görə, xərclər minimumdan hesablansa, hazırki vəziyyətə görə bir ailənin gəliri ən azı 1000 manat olmaldır.
"Mövzu ilə bağlı paytaxt sakinlərinin də fikrini soruşulub."
"Bildirdilər ki, proqnozlaşdırılan inflyasiyanın fonunda bir ailənin aylıq gəliri 1500-3000 manat aralığında olmalıdır."
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70