Qadınlar niyə pensiya yaşının artırılmasından məmnundur? - Açıqlama

Oxunma sayı: 112
4-07-2023, 18:38

Qadınlar niyə pensiya yaşının artırılmasından məmnundur? - Açıqlama
Hər il 6 ay olmaqla qadınların təqaüd yaşı artırılacaq. 2027-ci ildə bu rəqəm 65 yaş olaraq kişilərin pensiya yaşı ilə bərabərləşdiriləcək. Əslində bu qərar çoxdan verilib. Sadəcə, hazırda bunun yerinə yetirilməsi ilə bağlı addımlar atılır. Bu qərara münasibətisə birmənalı deyil”.

Arasdırma.infoxəbər verir ki,bu sözləri Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli qadınların pensiya yaşının artıırlması haqda danışarkən qeyd edib.
O bildirib ki, vətəndaşların bir qismi yeni qərardan narazıdır:
“Qadınlarla bağlı dünyanın hər yerində pozitiv bir ayrım olub. Həyat tərzi, dünyaya uşaq gətirməsi nəzərə alınaraq onların daha tez təqaüdə çıxması qəbul olunurdu. İndi isə Azərbaycanda kişi və qadınalrın pensiya yaşı bərabərləşdirildiyinə görə narazılıq yaranır. Azərbaycanda orta ömürlülük göstəriciləri də yüksək deyil”.
N.Cəfərli həmçinin bəzi sahələrdə çalışanların bu qərarı müsbət qarşılamasına da diqqət çəkib:
“Dünyanın hər yerində pensiya yaşının qaldırılması etirazlarla qarşılanır. Bizdə isə bəzi sahələrdə çalışan insanlar pensiya yaşının artırılmasından məmnundur. Bunun səbəbi isə təqaüdlərin az, maaşların çox olmasıdır. Təhsil və başqa dövlət qulluqçularının maaşları həmişə təqaüdlərindən çoxdur. Müəllimlər məktəbdə işlədikləri müddətcə repetitor kimi çalışaraq daha çox qazanc əldə edirlər. Ona görə də insanlar daha çox işləmək istəyirlər”.
Qeyd edək ki, Azərbaycanda qadınların pensiya yaşı artırılıb.
İndiyədək qadınlar 63 yaşından pensiyaya çıxa bilirdilərsə, 2023-cü ilin iyulun 1-dən etibarən bu yaş həddi 63,5 yaşa qaldırılıb.
Yaş həddinin artırılması 2027-ci ilədək davam edəcək.
Nəhayət, 2027-ci ildə kişi və qadınlar üçün yaş həddi eyni (65 yaş) olacaq.

Paylaş
Xəbər lentİ