Bu torpaqda tikilən evlər problemlə üz-üzə - Qanun nə deyir?

Oxunma sayı: 90
27-09-2023, 07:19

Bu torpaqda tikilən evlər problemlə üz-üzə - Qanun nə deyir?
“Azərbaycanda gələcəkdə bələdiyyə torpaqları və orada tikilən evlərlə bağlı çox böyük problem olacaq”

Bu sözləri Valyuta.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bələdiyyə torpaqlarında tikilən evlər haqqında danışarkən deyib.

Elnur Fərzəliyev deyib ki, bu torpaqlar sərəncamla verilib, torpaq verilən şəxslər sərəncamda olan torpaqları satıblar:

“Sərəncamın addan ada dəyişdirilməsi mümkün olmadığına görə, bu torpaqlar etibarnamə yolu ilə satılır. Nə vaxtsa həmin torpaqlara çıxarış verilsə, həmin torpaqlar birnci sərəncam verilən şəxsin adına rəsmiləşəcək. Onun isə bu torpağı neçə illərdən sonra faktiki sahibinin adına keçirməsi qeyri-müəyyəndir. Birinci şəxs həyatda deyilsə, onun ailə üzvləri vərəsə sayılır. Vərəsələrin torpaq sahəsini həmin faktiki sahibin adına keçirilməsinə razılıq verib-verməməsi də sual altındadır. Buna görə də gələcəkdə bizi əmlak sahəsində çox böyük problemlər gözləyir”.


“Bu problemin həllində qanun nə deyir” sualına cavab olaraq ekspert bildirib ki, qanun sərəncam kimin adınadırsa, torpaq da onun adına sənədləşdirilməli olduğunu deyir:

“Amma praktika onu göstərir ki, başqa şəxs o torpağı alıb, ev tikib, yaşayır, bütün kommunal xidmətlər onun adınadır. Burda isə kimin şahidi və real faktı olsa, məhkəmə onun xeyrinə qərar çıxaracaq”.

Paylaş
Xəbər lentİ