Bakının bu ərazisində söküntü: Kirayə pulu və müasir mənzillər veriləcək (VİDEO)

Oxunma sayı: 61
30-11-2023, 01:47

Bakının bu ərazisində söküntü: Kirayə pulu və müasir mənzillər veriləcək (VİDEO)
Bakıda 130 ailənin yaşadığı və qəzalı vəziyyətdə olan bina sökülərək yerində hündürmərtəbəli və müasir bina tikiləcək.

Valyuta.az xəbər verir ki, söhbət Nərimanov rayounda yerləşən Qarabağ küçəsi 35-də yerləşən qəzalı binalardan gedir.

Evləri söküləcək sakinlər kirayə pulu və yeni binada əlavə kvadratlı mənzillə təmin olunacaqlar.

Lakin ailələrdən biri tikinti aparan şirkətlə razılığa gələ bilmir. Bu problem artıq iki ildən çoxdur davam edir. Şirkətdən həmin ailəyə 55 kvadratlıq evi üçün 5 otaqlı ev də təklif olunub. Lakin evin sahibi nədənsə buna razılıq verməyib.

Ətraflı ATV-nin hazırladığı süjetdə izləyə bilərsiniz:

Paylaş
Xəbər lentİ