Bakı metrosu fəaliyyətini niyə dayandırdı? - Açıqlama/Yeni

Oxunma sayı: 369
12-05-2020, 04:46

Bakı metrosu fəaliyyətini niyə dayandırdı? - Açıqlama/Yeni

Bakı metropolitenində gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, nasazlıq aradan qaldırılıb. Bakı metropoliteninin xətləri təlimat tələblərinə uyğun olaraq təkrarən yoxlanıldıqdan sonra elektrik qatarları xəttə buraxılıb. Stansiyalar 08:00-dan sərnişinlərin girişinə açılıb.

07:55

Bu gün səhər saatlarından Bakı Metropoliteninin stansiyaları sərnişin qəbul etmir.

Publika.az xəbər verir ki, stansiyaların qapısı bağlıdır. Bildirilir ki, texniki problem səbəbindən qatarların hərəkəti dayandırılıb.

Əlavə məlumat veriləcək.Teleqraf.com

Paylaş
Xəbər lentİ