Gənc icra başçısından keçmiş başçının əməlləri barədə AÇIQLAMA

Oxunma sayı: 454
17-06-2020, 02:19

Gənc icra başçısından keçmiş başçının əməlləri barədə AÇIQLAMA
"Sahibkarların fəaliyyətinin stimullaşdırılması bizim fəaliyyətimizin əsas məqsədidir".

Bunu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov deyib. İcra başçısı bildirib ki, rayonda fəaliyyət göstərən sahibkarlarla pandemiya ilə əlaqədar olaraq ümumi görüş keçirilməyib. M.Seyidov söyləyib ki, fərdi qaydada müraciət edən sahibkarların şikayəti əgər icra hakimiyyətinin səlahiyyətindədirsə, ciddi şəkildə araşdırılır.

Xatırladaq ki, rayonun sabiq icra başçısı İsmayıl Vəliyev həbs edilib. Onun sahibkarlardan rüşvət tələb etməsi, onlara süni problemlər yaratması məlum olmuşdu.(Report)

Paylaş
Xəbər lentİ