Pis və zəif parollardan istifadə etməyin.

Oxunma sayı: 697
8-07-2020, 07:13

Pis və zəif parollardan istifadə etməyin.
Kompyuter dövrü böyükdən kiçiyə hamının internetlə işləməyə və əylənməyə sövq edir.Müxtəlif proqramlardan istifadə edərək,şəxsi poçtlar,sosial şəbəkələrdəki səhifələr login və parol əsasında mümkündür.
Arasdırma.info xarici mətbuata istinadən xəbər verir ki,bir sıra proqramçı və mühəndislər tərəfindən ən pis parollar və ən pis poct ünvanları qeyd olunub.
Kiber Təhlükəsizliyi Agentliyinin rəhbəri Evgeny Lifshits, sosial şəbəkələrdə və digər xidmətlərdə hesabların açılmasının ən asan yolunun lüğətlər və ən populyar birləşmələrin arxivlərindən parol seçmək olduğunu söylədi. Bu kömək etmirsə, təcavüzkarlar doğum tarixi, adı, soyadı və insanların öz profillərində tez-tez dərc etdikləri digər açıq məlumatlara görə şifrə seçiminə keçirlər.
Bu isə çox pis seçimdir.Məsələn, ən çox rast gəlinən, insanların yadında qalan ad,soyad və 12345 rəqəmləridir.Bunu tapmaq üçün 5 dəqiqədən də az vaxt lazımdır.Yaxınların ad,soyadı və doğum tarixi ilə olan parollar da sadədir.Latın əlifbasından istifadə edərək mürəkkəb sözlər və mürəkkəb şifrlər seçmək lazımdır.
Poçt ünvanı sırasında isə ən zəifi Mail.ru sayılır.İstənilən şəxs bu ünvanıaça bilər.Sadəcə telefon nömrəsi yaz və yeni parol həmin nömrəyə gəlsin.Çalışın təhlükəsiz sistemlərlə işləyin Və proqramçılarla məsləhətləşin.

Paylaş
Xəbər lentİ