Baksell Yeni Yasmalda işləmir.

Oxunma sayı: 651
4-09-2020, 22:52

Baksell Yeni Yasmalda işləmir.
Ökləmizdə 3 mobil operator fəaliyyət göstərir.Başqası da yoxdur.Rəqabət yoxdursa,operatordan asılı olmağa məcbursan.Digər ölkələrdən fərqli olaraq bizdə problem çoxdur.Araşdırma.info sorğu keçirmək qərarınma gəldik.
Qarşımıza çıxan hər insandan mobil operatorunun hansı olduğu və razı olub olmadığını soruşduq.Yüzdən 99-u narazı qaldığını dedi.Balansın çox tez bitdiyini,internetin bərbad olduğunuvə dalğanın tez-tez itdiyini söylədilər.
Respondentlər arasında Baksell üstünlük təşkil etsə də,elə ən çox şikayət olunan da Balselldəndir.
Məsələni gündəmə gətirən əməkdaşımız Baksell operatorun Yeni Yasamalda işləmədiyini qeyd etdi və onun dediklərini olduğu kimi sizə çatdırırıq:
"Mən Yeni Yasamal Ə.Əhmədov küşəsi ev 1 də oluram.(Etalon binasında.)Həm Cin,həm Sim istifadəçisiyəm.Baksell nömrəm daha aktiv olduğundan zənglər bu nömrəyə gəlir,amma danışmaq mümkün deyil(0554309970).Dalğa yoxdur.Bir neçə dəfə Mobil operatorla əlaqə saxlamışam.Orada çalışanlar daha çox "yolaverdi" mütəxəssisləridir.Danışmaqda ustadırlar,(yoxlayarıq,baxarıq,araşdırarıq,mütləq tədbir görərik.)Nəticə sıfır.
Hələ internet paketinintez bitməsini demirəm.Peşman olursan facebook və ya instaqrama girəsən.Həmən SMS gəlir ki,paketiniz bitti.Bu nə biabırçılıqdır.Dünyanın heç bir yerində belə şey yoxdur.Evdəkilər bu səbəbdən Baksell nömrəni tulladılar,dedilər əsəblərimizlə oynayər.Danışdığımız yerdə dalğa itir.Məsləhət görməzdik ki,Yeni Yasamalda Baksell işlədəsiz.Düzdür,o biri operatorlar da ideal deyil,amma müqayisədə...."
Redaksiya adından Baksell rəsmilərinə müraciət edirik məsələyə aydınlıq gətirilsin və sizin fikirlərinizi dərc etməyə hazırıq.

Paylaş
Xəbər lentİ