"Oba" marketdə vaxtı keçmiş sayılan malları satırlar- Şikayət/Foto

Oxunma sayı: 566
7-09-2020, 06:07

"Oba" marketdə vaxtı keçmiş sayılan malları satırlar- Şikayət/Foto
Sosial şəbəkə istifadəçisi Eloko Xakiyev (Елико Хекиев) Oba marketdən şikayətçidir.
Arasdırma.info Teref.aza istinadən xəbər verir ki,şikayətçi iddia edir ki, "Oba" merketdə
vaxtı keçmiş sayılan malları kassa qarşısında sərgiləyərək müştərilərə satırlar. Şiakyətçi öz şikayətində yazır:
"Salam, şikayətim OBA mağazalar şəbəkəsindəndir. Hörmətli Oba market əməkdaşları mağaza sistemində çalışan bir nəfər kimi bildiyim qədəri İlə 9 ay sroku olan məhsullar bitmə tarixinə 15 gün qalmış satişdan çıxarılmalıdır.
Ama siz satışdan çıxarmağ əvəzinə vaxtı bitməsinə 2-3 saat qalmış məhsulları kassa önündə sərgiləyib kampaniya kimi 1+1 bağlama şəklində satırsız. Bu məhsuluda dunən marketinizdən su alarkən kassir təklif elədi və tarixinə baxmadan götürdüm.
Ama bitmə tarixini 10-15 dəqiqə sonra fikir verdim və məndən sonra başqa müştərilərdə almağa başladi və təbii ki, bitmə tarixinə baxmadan."
Arasdırma.info olaraq əlavə etmək istəyirik ki,OBA Marketlər şəbəkəsində zaman-zaman belə hallara rast gəlmək mümkündür.Araşdırma nəticəsində müəyyən nöqsanlar olduğunun şahidi olmuşuq.Dəfələrlə rəflərdə olan qiymətlə kassadakı qiymət fərqli olub.Bəzi hallarda işçilərin səriştəsizliyi ucbatından endirimlər baha qiymətə vurulur.Bir neçə dəfə hətta 1+1 olan məhsulu bir ədəd verilib,ikincisini özləri götürüb.Əsasən,Yasamal ərazisində yerləşən OBA marketlərdə bu hallar baş verir.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!

Paylaş
Xəbər lentİ