Azad Rəhimov cənub bölgəsinin sakinlərini qəbul edib

Oxunma sayı: 607
25-05-2019, 08:19

Azad Rəhimov cənub bölgəsinin sakinlərini qəbul edib
Gənclər və idman naziri Azad Rəhimov Masallı, Cəlilabad və Yardımlı rayon sakinlərini qəbul edib. Onların müraciətlərini dinləyib.

Sehiyye.info bildirir ki,Cahantv.az-ın bölgə müxbirin verdiyi xəbərə görə, Masallı Rayon Gənclər və İdman İdarəsində baş tutan qəbulda müraciətlər, əsasən, gənclər, idman və digər sahələri əhatə edib. Edilən müraciətlər sırasında idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin avadanlıqlarla təmin olunması, yeni Olimpiya İdman Komplekslərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin yaradılması mövzuları daxil olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb.

Gənclər və idman naziri Azad Rəhimov həmçinin mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final matçı mövzusuna da toxunub. 30 mindən çox xarici futbol azarkeşini ölkəmizdə qarşılamağa hazır olduğumuzu bildirib.

Paylaş
Xəbər lentİ