Bu sosislərdən qəti almayın.

Oxunma sayı: 1 177
30-05-2019, 09:11

Bu sosislərdən qəti almayın.
Son vaxtlar market piştaxtalarında hədiyyəli ərzaq mallarınnın çeşidi çoxalıb. Bu malların əksəriyyətinin istifadə tarixinin bitməsinə az qalıb.Elə mallar da var ki,istifadə tarixi çoxdur,amma mal özü keyfiyyətsizdir.Bu mallar sırasına ət məhsulları,eləcə də uşaqların ən çox sevdiyi kolbasa və sosiska məmulatlarıdır.Bazarstor marketində satılan bu məhsulların əksəriyyəti keyfiyyətsizdir.Rusiya istehsalı adı altında,amma Rusiyanın bundan xəbəri olmayan kolbasa və sosislər,eləcə də yerli keyfiyyətsiz məhsullar piştaxtalara düzülüb.Çoxu qiymətə və hədiyyəyə aldanıb,alır və aldığına peşiman olur.Çünki,bu məhsulların dadı yoxdur,tərkibində isə ətdən əlamət yoxdur.Kimyəvi qatışıqları o qədər çox vurulur ki,qaynatmağa atarkən sosiska dağılır.
Kolbasa və sosiskanı əksər insanlar sevə-sevə yeyirlər. Amma çox zaman bu məhsulların hansı şəraitdə, necə, nədən hazırlandığı, daşıdığı təhlükə ilə maraqlanmaq yada düşmür.

Mütəxəssislər bildirirlər ki, bəzi sexlərdə kolbasa və sosiska içalat yağları, sinirlər, sinir ətrafından tam olaraq sıyrıla bilməyən çürüntü ət parçaları, quyruq yağı, ağciyər (sosiskanın yumşaq olması üçün), dəri, qığırdaq, oynaq yerləri, iliklər, ayaqlardan hazırlanır və bunu demək xoş olmasa da, tükü təmizlənməyən ət parçaları da bu məhsulların içinə qarışdırılır. Bu qarışıq müxtəlif fabrik əməliyyatları nəticəsində homogen olaraq qablaşdırılır və satışa buraxılır.

Bununla yanaşı, kolbasa və sosiskaların tərkibinə toyuğun "tullantı" hissələrindən də əlavə edilir. Kolbasaya toyuğun sinə əti, dərisi və qığırdaq hissələri qatılır, dad verməsi üçün xüsusi ədviyyatlar vurulur. Kolbasa və sosiskaların içindəki maddələr araşdırılsa, yuxarıda qeyd edilənlər öz təsdiqini tapa bilər. Elə kolbasa və sosiska məmulatlarının qiymətini də 1 kq ətlə müqayisə etmək sadaladıqlarımızın doğru olduğunu sübut edər.



Halal dad MMC şirkətinin məhsulları tamamilə yararsızdır.Xatırladırıq ki,bir müddət əvvəl bu məhsullarda qurd çıxması ilə bağlı məlumatlar getmişdi.
Redaksiya tərəfindən Halal dad şirkəti ilə əlaqə saxlasaq da telefona cavab verən olmadı.(012418 10 21)(012 342 90 74)Güman edirik ki,Halal dad MMC Şirkəti məsələyə aydınlıq gətirəcək.Bu sosislərdən qəti almayın.

Paylaş
Xəbər lentİ