QHT rəhbərinə təzyiqlər edili

Oxunma sayı: 3 698
23-01-2019, 15:40

QHT rəhbərinə təzyiqlər edili
QHT rəhbərinə təzyiqlər edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına dəfələrlə edilən müraciətlərdən sonra “Muğan” Ictimai Birlik Qeyri Hökumət Təşkilatının rəhbəri Rəşad İsayev təzyiqlərə məruz alıb.Belə ki,bir neçə gün öncə redaksiyamıza müraciət edən QHT rəhbəri,ona rayon rəhbərliyi tərəfindən edilən təzyiqlərdən danışıb.

Bir neçə il öncə mən və mənə yxın olan bir nəfərlə QHT yaratmaq fikrinə düşdük.Məqsədimiz regionda gənclərimizin asudə vaxtlarının səmərəli keçməsi,sağlam olmaları,təhsilə,peşəyə və ixtisasa yiyələnmələri üçün treninqlər keçirmək,eləcə də,ehtiyacı olanlara psixoloji yardım göstərilməsi məsələsidir.Öz daxili gücümüz hesabına müxtəlif layihələrin hazırlanması və onların həyata keçməsi üçün müəyyən məbləğdə vəsait tələb olunur.Bunun üçün biz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına mraciət etdik və layihələrimizi təqdim etdik.Uzun müddət sənədlərimiz araşdırıldıqdan sonra bizə maliyyə yardımı ayrılması təxirə salındı.Daha sonra bir neçə dəfə yenidən müraciət etdik.Hər dəfə məsələ uzandı.Get-gəl bizi bezdirəndən sonra yuxarı instansiyaya məktub yazdıq.Əsil problemlər də bundan sonra başladı.Rayon İcra Hakimiyyətindən bizə təzyiqlər başladı.

“2018-ci ilin axırlarında ofisimizin bir neçə təşkilat tərəfindən yoxlanılması baş verib.Bundan sonra dəfələrlə məni yuxarı dairələrə şikayət etdiyimi söyləyərək, ofisimizin bağlanması məsələsi gündəmə gəlib.Respublika Prezidentinin QHT-lərə göstədiyi qayğıya kölgə salan məmurlardır. Mən bunu,bizim kimi işgüzar insanları,eləcə də dövlətimizin və xalqımızın sağlam həyat və sağlam mühitdə yaşamağımız üçün görülən işlərə mane olmaq kimi dəyərləndirirəm. Bu cür işləmək mümkün olmadığından etirazlarımı bildirərək,nümayişə qoşulmaq istədim.Lakin,bunun da qarşısı alındı.Bu qanunsuzluqları mətbuatda işıqlandırmaq və məsələni ictimailəşdirmək məqsədilə bir neçə mətbuat orqanlarına yazdım.Öz vəsaitimiz hesabına gördüyümüz işlərin şəkillərini göstərdim."Muğan"adlı Ictimai Birlik QHT gənclər arasında kifayət qədər nüfuza malik bir təşkilat olduğu üçün,bizi müdafiə edənlər az deyil.Təəssüf ki,mətbuat orqanlarının əksəriyyəti bu barədə yazmaq istəmir..41 QHT rəhbəri bizim yaşadığımız vəziyyəti yaşamaqdadır.Hesab edirəm ki,məmur özbaşınalığına son qoyulmayana qədər bu məsələlər öz həllini tapmayacaq.

Paylaş
Xəbər lentİ