Nazir: "405 qaziyə əlillik təyinatı aparılıb"

Oxunma sayı: 311
29-04-2021, 15:10

Nazir: "405 qaziyə əlillik təyinatı aparılıb"
"Artıq 405 qaziyə əlillik təyinatı aparılıb, proses davam edir".

Arasdırma.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, indiyədək 17 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib: "Nazirliyin reabilitasiya müəssisələrində 105 qazi stasionar müalicə alır, 1200-dən çox qaziyə psixoloji xidmət göstərilib".//report

Paylaş
Xəbər lentİ