Sabahdan Bakıda nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət LƏĞV EDİLİR - VİDEO

Oxunma sayı: 315
8-06-2021, 01:38

Sabahdan Bakıda nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət LƏĞV EDİLİR - VİDEO
İyunun 8-də səhər saat 06:00-dan şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılacaq.

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Qeyd olunan tarixdən 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205 və M3 nömrəli marşrut xətlərinin hərəkət sxeminə tətbiq edilən müvəqqəti dəyişiklik də ləğv edilir.

BNA-dan şəhər sakinlərinə məhdudiyyətlərin tətbiq edildiyi günlərdə göstərdikləri anlayış üçün təşəkkür edilib.

Paylaş
Xəbər lentİ