Bakıda UCUZ kirayə evlər TARİXƏ QOVUŞUR: Yeni ailə quranlar 250 manat maaşla necə kirayə ev tapsın? - AÇIQLAMA

Oxunma sayı: 263
11-10-2021, 22:37

Bakıda UCUZ kirayə evlər TARİXƏ QOVUŞUR: Yeni ailə quranlar 250 manat maaşla necə kirayə ev tapsın? - AÇIQLAMA
Əvvəllər paytaxda 300-350 manat arası binalarda mənzil tapmaq mümkün olurdusa, pandemiyadan sonra dirçələn mənzil bazarındakı vəziyyət hazırda bunun əksinin müşahidə olunduğunu deyir. Xüsusən “Xruşovka” tipli köhnə beşmərtəbə binaların sökülməsi ilə kirayə bazarında da mənzil qıtlığı başladı.Həm sökülən binalarda yaşayan sakinlərin, həm də rayonlarda yaşayan tələbələrin də paytaxtda kirayə mənzil axtarışı nəticədə bazarda mənzil qıtlığı ilə bərabər, kirayə evlərin qiymətinin qalxmasına da təsir etdi. Bəs baş verənlər yaxın gələcəkdəbu sahədə hansı problemlərin yaranmasına səbəb olacaq?

Əmlak üzrə ekspert Elnur Fərzəliyev Metbuat.az-a bildirdi ki, köhnə qiymətlərlə kirayə mənzil satışı tarixə qovuşdu. Çünki tələbat artdığına görə, qiymətlərin enməsi də gözlənilən deyil.
Bakıda UCUZ kirayə evlər TARİXƏ QOVUŞUR: Yeni ailə quranlar 250 manat maaşla necə kirayə ev tapsın? - AÇIQLAMA
“Hər il avqust-sentyabr ayında minlərlə tələbə paytaxta gəlirlər. Onlar üçün universitetlərin nəzdində yataqxana şəraiti mümkün olmadığından məcbur olub kirayə mənzil bazarına müraciət edirlər. Məsələ təkcə bununla bitmir. Son illərdə paytaxtda köhnə binaların yeniləri ilə əvəzolunması prosesi də çoxaldıqca tikilən hər binanın dəyərinin artması onun kirayə mənzil bazarında qiymətinin artmasına da birbaşa təsir edir. Tutaq ki, köhnə tikili binada bir otaqlı mənzil 300 manata, iki otaqlı mənzil 400 manata təklif olunurdusa, həmin köhnə yaşayış binaları söküləndə ordakı kirayəlik mənzillər də artıq bazardan çıxmış olurlar. Yeni tikilən binada bir otaqlı mənzil 300 manat yox təxminən 500 manat olur, iki otaqlı mənzil isə yerləşdiyi əraziyə görə 700 manata təklif edilir. Üç və daha çox otaqlı mənzillərin qiyməti isə 800 manatdan yuxarı olur. Zamanla köhnə binalar sökülüb yeniləri ilə əvəz olunana qədər paytaxtda ucuz kirayə mənzilləri tapmaq mümkünsüz olacaq”.

Ekspert qeyd etdi ki, minimal əmək haqqısı 250 manat olan bir şəxsin 400 manat həddində ev kirayələməyə məcbur olması ağlasığmaz görünür. Nəticədə bu insanın gündəlik qida və digər tələbatları üçün də pulu olmalıdır. Elnur Fərzəliyev deyir ki, xarici ölkələrdə bu vəziyyət daha fərqli şəkildə tənzimlənir. Orada insanların əksəriyyəti kirayə qalsa da, aldıqları maaşın qarşılığında kirayə xərcləri çox cuzi məbləğ təşkil edir. Bizdə isə vəziyyət tam fərqlidir.

Bakıda UCUZ kirayə evlər TARİXƏ QOVUŞUR: Yeni ailə quranlar 250 manat maaşla necə kirayə ev tapsın? - AÇIQLAMA
“Vətəndaş düşünür ki, boş saxladığı mənzili ucuz kirayə versə onun əmlakının dəyəri aşağı düşəcəkdir. Bir otaqlı mənzilin qiyməti 60 min manat olsa onun kirayə qiyməti 300 yüz manat olacaqdır. Pandemiya dövründə qeyri-yaşayış obyektlərinin çox böyük hissəsi bağlı vəziyyətdə qalsalar da, kirayə verilmədi. Çünki obyekt sahibi də düşünür ki, ucuz kirayələmək həmin obyektin ümümi satış qiymətinə təsir edir. Heç bunu tənzimləməyə mexanizm də yoxdur. Avropada isə bələdiyyələrin özləri bu işlərə birbaşa müdaxilə edə bilər. Tutaq ki, həmin rayon ərazisində yaşayan bir vətəndaş işini itiribsə kirayə pulunu ödəyə bilmirsə, bələdiyyəyə müraciət edir, bələdiyyə orqanı da məsələni araşdırıb minimal xərclə balansında olan sosial evə həmin şəxsi yerləşdirir. Azərbaycanda isə bu mexanizm olmadığından evsizlik problemi ucbatından artıq gənclərin böyük hissəsi belə ailə həyatı qura bilmirlər. Çünki yaşamağa yerləri yoxdur”.



Azərbaycanda, indi müəyyən dövlət layihələri çərçivəsində mənzil sahibi olmaq mümkün olsa da, əksər ailələr üçün bu yenə də əlçatan deyil. İpoteka və Kredit Zəmanət fondunun nəzdində mənzillərin kirayə öhdəliyinə satılması layihəsi də evsizlik probleminə çarə olsa da, yenə də böyük kütləyə xitab edə bilmir. Bu problemlər sırasında rəsmi iş yerinin olmaması, sahibkarlıq fəaliyyəti ilə məşğul olanların yaşadığı müəyyən problemlər səbəbindən qazanclarını rəsmən göstərə bilməməsi və s daxildir. Bir sözlə paytaxtda zamanla söküntlərin çoxalması və tikinti üçün torpaq sahələrinin də olmaması ucuz kirayə mənzil tapmaqla bərabər pul toplayıb büdcələri daxilində mənzil almaq məsələsini də tarixə qovuşdurur...

Paylaş
Xəbər lentİ