Xəyyamla Murad arasında nə baş verib?

Oxunma sayı: 228
6-01-2022, 09:13

Xəyyamla Murad arasında nə baş verib?
"Murad Ariflə yollarımızı mən ayırmadım, indiyənə qədər dostuq. Murad solo karyeraya başlayandan sonra, düşdük ki, prodüserlik fəaliyyəti olmasın. İş götürəndə aləmi qatmışdı: öz işini mənə, mənimkini özünə yazırdı. Danışdıq ki, ən yaxşısı mahnı yaz, mən oxuyum. Sonra başladı mahnı yazıb, özü oxudu".
Arasdırma.info xəbər verir ki, bu sözləri Əməkdar artist Xəyyam Nisanov "Səhər mərkəzi" verilişində deyib. O, bir vaxtlar prodüseri olan müğənni-bəstəkar Murad Ariflə yollarını ayırmasından danışıb.

Xəyyam bildirib ki, işbirliklərinə son qoymalarına səbəb Muradın müğənniliyə başlaması olub.//axsam.az

Paylaş
Xəbər lentİ