Aparıcı Vüsalə Əlizadənin ölüm xəbəri YAYILDI- VİDEO

Oxunma sayı: 230
18-01-2022, 20:16

Aparıcı Vüsalə Əlizadənin ölüm xəbəri YAYILDI- VİDEO
ATV-də yayımlanan “7 canlı” proqramının məşhur aparıcısı Vüsalə Əlizadə ölüm xəbərini yayanlara sərt ismarıc göndərib.

Arasdırma.info xəbər verir ki, aparıcı proqramına başlayan zaman yaxınlarının bu xəbərə sarsıldığını bildirib.
“Yaxın dostum Dilşad xanım durmadan məni yığırdı. Gördüm ki, ağlayıb, qışqırır ki, sən yaxşısan, hər şey yaxşıdır? Telefonla belə xanımı özünü gətirmək yarım saat çəkib. Ard-arası kəsilməyən zənglər etdilər. İnsanın hissləri ilə oynamaq nə qədər asandır. Tik-tok sosial şəbəkəsində xəbər yayıblar ki, Allah rəhmət etsin, Vüsalə Əlizadə vəfat edib. Ailəmdə bu qədər çətinlik yaşamışkən belə şərəfsizlik, alçaqlıq etmək yaraşmır. Özünüzlə məşğul olun. Araşdırsam, arxasında kim durur taparam, amma yığışdırın bu yersiz məlumatlarınızı”.//metbuat.az

Paylaş
Xəbər lentİ