"Həbsxana kişi üçündür" - Rəqsanə

Oxunma sayı: 260
25-02-2022, 08:02

"Həbsxana kişi üçündür" - Rəqsanə
Bilirik ki, Manaf Ağayev Füzuli rayonundandır və torpaqlarımız düşmən tapdağından azad olunub. Manaf Ağayev də ola bilsin ki, icazəsiz ora gedib. İcazə alınmayıb. Allah qapısını açsın deyək. Manaf çox yaxşı oğlandır. Ona da, ailəsinə də çox böyük hörmətim var".

Arasdırma.info xəbər verir ki, bu szöləri müğənni Rəqsanə İsmayılova instaqramda canlı yayımda olarkən deyib. İfaçı 15 sutka həbs cəzası alan həmkarı Manaf Ağayevdən bəhs edib:

"Qanunlar istər Rəqsanə, istər digər vətəndaşlar üçün keçərlidir. Belə də ki, həbsxana kişi üçündür. Hər birimiz çətin gündə bir-birimizə dəstək olmalıyıq. Əgər dövlət tərəfindən ora girmək qadağı varsa, icazə almalıyıq. Bizi tərifləyən insanlar başımıza nəsə gələndə başlayırlar haqqımızda pis şərhlər yazırlar. Manafın bu addımı qanunla yoluna qoyulmasaydı, sabah insanlar deyəcəkdi, müğənni getdi, gəldi, özünü göstərdi, ona heç nə etmədilər".//Axsam.az

Paylaş
Xəbər lentİ