Manaf Ağayev həbsi ilə bağlı nələr danışdı..

Oxunma sayı: 240
20-03-2022, 00:27

Manaf Ağayev həbsi ilə bağlı nələr danışdı..
Bir müddət əvvəl sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş S.Hüseynov polis idarəsinə dəvət olunublar.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb. Həmin şəxslər saxlanılıb. Məhkəmənin qərarı ilə Manaf Ağayev 15 sutka həbs edilib.

Manaf Ağayev martın 5-də azadlığa buraxılıb. Həmin gün onunla telefon əlaqəsi yaratmaq istəsək də zənglərimizə cavab verilmədi.

Bu gün yenidən Manaf Ağayevlə əlaqə saxlayıb, məlum olayla bağlı fikirlərini öyrənmək istədik. Zəngimizə cavab verən Manaf Ağayev bu haqda danışmaqdan imtina etdi:

"Bu haqda danışmaq istəmirəm. Oldu, bitdi. Mövzu qapandı" deyə müğənni "Hürriyyət"ə bildirib.

Paylaş
Xəbər lentİ