Rəqqasə Fatimə Fətəliyevanın dediklərinə şaiə Nazilə Səfərli cavab verib.
Axşam.az xəbər verir ki, o, Fatiməni məhkəmə ilə hədələyib. Nazilə bildirib ki, ya rəqqasə üzr istəməli, ya da onu məhkəməyə verəcək:
"Guya, neçənci ildən onun mağazasından ərəb paltarı götürmüşəm. 2000-ci ildə 1 yaşında oğlum var idi, heç bir toya getmirdim, evdar qadın idim. 2005-ci ildən yuxarı deyirsə, toyda tamada qismində çıxış edirdim, o kostyuma ehtiyacım ola bilməzdi. Xınayaxdıya 2013-cü illərdə getmişəm. Fatimənin xonça mağazası var idi, geyimləri kirayə verirdi. Biz də orda komandamız üçün paltar götürürdük. Fatimənin oriental rəqs etdiyini indi bilmişəm.
Mən hər zaman hünərli bir adam olmuşam, arıq olmamışam. Fatimənin paltarı mənə necə olacaq? Biz məclisə gedəndə 8 oriental rəqs geyimi lazım idi. Hərəsin bir rəqqasədən alsaq, arxamızca deyəcəklər hara gedirdi?
Fatimə, sən məhkəmə predmeti olan şərəf və ləyaqətin alçaldılmasını dilinə gətirdin. Mən əsgər, müəllim anasıyam. Uşaqlarımın pis vərdişləri yoxdur. Elə oğlanların anası gedib gizlində oriental oynamaz. Sənin sözünə inanan sən ağılda olan insanlar olar. Bütün hallarda üzr istəməlisən. Özünə çəki-düzən ver və elə instaqramdan üzr istə, ya da dediklərini sübut elə. Səndən kostyum götürmüşəmsə, hanı sənin çekin? Dediyin ili yadına sal, həmin ilin vergi hesabına gir, gör neçəyə vermisən?Sən nə iş gördün Fatimə? Bir əsgər anasına dil uzatdın. Oğlumu əsgər göndərdim deyib bağırmamışam. Orduya oğul verməmişəm ki, burada kimsə mənə əxlaq dili uzatsın, əsgər anasını bu ölkə qoruya bilmirsə, rəqqasələr dil uzadırsa, olmaz... Dövlətin qanunu və məhkəməsi var, gələrsən ora. 28 marta qədər məhkəmələr bağlıdır. Martın 28-də doğum günü keçirirsən, həmin günü sənə hədiyyəm məhkəmə olacaq. O günə qədər də üzr istəmək şansın var. Elə də, belə də üzr istəyəcəksən.
Bu gün anan mənə zəng etmişdi ki, barışmalısınız. Mənə sual verdilər oğlunun toyuna Fatiməni çağıracaqsan? Dedim ki, düşmən balası deyil ki, niyə çağırmıram... İndi xəbərim oldu ki, məndən küsülü imişsən. Küsəndə bizə xəbər elə, barışmaq fikrinə düşəndə yenə zəng vur. Amma ekrana Nazilə Səfərli deyə, namus ləkəsi ata bilməzsən".
Qeyd edək ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70