"Analar var ki, harınlığından, öz həyatı, kefi, eyş-işrət üçün balalarını atır".
Arasdırma.info xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Bizimləsən" proqramında deyib. Müğənni verilişə gələn və uşaqları olan qadının ünvanına bu sözləri deyib. O, 11 yaşında təcavüzə uğrayan Mədinə adlı qızdan danışan İsgəndərli bunları əlavə edib:
"Sonra da yalandan çıxıb deyir ki, balalarımı əlimdən alıblar. Yalandan obraza girən analar gördüm, lənət olsun elələrinə. Allah da, biz də elə ananı lənətləyirik. Pişik-pişikliyi ilə balasını atmır. Bu qız nələrə tab gətirib. Amma uşaqlarını atmayıb.
Analıq hissini Allah adama verir. Bədbəxt o adamdır ki, analıq hissi yoxdur. Şeytandır o... ".
Nəvələrindən danışan sənətçi "Bir azdan nəvələrimi qoyacam Quranı öyrənsinlər. Allah tanısınlar" sözlərini söyləyib.
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və gəlini Canana ayrılıb. Cütlük ötən il rəsmi boşanıb, 3 uşaq anadan alınıb ataya verilib. Apellyasiya məhkəməsində isə uşaqlar anaya qaytarılıb. Canana isə hələ də prosesin uzandığını, uşaqlarının ona verilmədiyini bildirib. //axsam.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70