"Bir il ərzində qapım bağlanmadı, telefonlarım susmadı. Bir dəqiqə tək qalmadım ki, öz dərdimlə tək qalmadım. Nəinki baş əymək, canımı bu xalqa qurban deyirəm.. Qoymadılar övladımı yada salım, kədərlənim. Kədəri içimdə yaşasam da, bu xalqın bir sənətkarı olaraq yaddan çıxmadım. Hər gün mənə zəng edib deyirdilər səhnə sizi gözləyir. Bu gün bura şou-proqram yox, bir balaya dəstək üçün gəldim".
Arasdırma.info xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Bizimləsən" proqramında deyib. Uzun müddətdən sonra efirə çıxan müğənni oğlu Əlinin ölümündən danışıb:
"Heç bir ana gözüyaşlı olmasın. Şəhid analarına bacı, qardaş, dost oldum. Allah bilən məsləhətdir. Öz anasının qollarında, tapşırığını verdi. Biz aş bişirmişdik, bayram idik, oturduq, yedik-içdik. Hər şey yaxşı idi. Onun problemləri var idi, ürəyi dözmədi. Getdim otağına, dedim nə oldu? Övladım öz qollarımda idi. Dedi, sənətkarsan, səni sevənlərin gözünü yolda qoyma. Onun sözlərinə əməl edəcəyəm, xalqımı, sevənlərimi musiqilərimlə, insani əməllərlə sənətimi davam edəcəyəm".
Dostəliyeva bildirib ki, oğlunu hər gün yuxusunda görür:
"Demək olar ki, hər gün yuxuma gəlir. Hər gün tapşırıq verir: səni sevənlərin gözünü arxada qoyma. Bilmirəm niyə deyir. Bir dəfə görürəm onu itirmişəm, axtarıram. Atamı gördüm, deyir nə axtarırsan? Deyirəm, Əlini axtarıram. Cavab verir ki, yanımdadır, narahat olma. Bir balaca narahat olan kimi, yuxuma gəlir, əsəbiləşir. Eyvanda gül-çiçək əkirəm. Bir gün azca yuxuya getdim, görürəm oturub. Dedim, niyə oturmusan, güllərə bax? Cavab verir ki, sən bir görsən mənim evimdə nə qədər güllər var. Qoymur mən kədərlənim, ağlayım". //axsam.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70