Kənan MM “TikTok"-dan gündə 200 dollar qazanır

Oxunma sayı: 175
19-04-2022, 17:49

Kənan MM  “TikTok"-dan gündə 200 dollar qazanır
Rejissor Kənan M.M. TikTok sosial şəbəkəsindən əldə etdiyi gündəlik gəlirini açıqlayıb.

Arasdırma.info qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, "Günə doğru" verilişində danışıb.

Rejissorun sözlərinə görə, onun sosial şəbəkədən gündəlik gəliri 200 dollar təşkil edir: "Əvvəl hesab açanda fikirləşdim ki, birdən canlı yayımda uduzaram. Belə də oldu. Sonra izləyici yığıldı. Pula çevirəndə təxminən 200 dollar qazanıram".

Kənan M.M. əldə etdiyi gəlirini elə TikTok-da xərclədiyini vurğulayıb: "Amma o pulu çıxartmağa utanıram. Elə TikTok-da xərcləyirəm. Canlı yayımlarda hədiyyə göndərirəm. Qoy, insanlar sevinsin".

Paylaş
Xəbər lentİ