Əməkdar artist Vasif Məhərrəmli "Qurd qapısı" restoranında xoşagəlməz halla üzləşib. O, instaqram hesabında bildirib ki, restorana müsahibə vermək üçün gəldiyi vaxt dələduzluqla üzləşib.
Arasdırma.info xəbər verir ki, "Qurd qapısı"ndakı kabinetlərdən birində əyləşən müğənniyə məkanın təamları təqdim olunub. Məhərrəmli buna etiraz etdikdə isə artıq süfrədəkilərin kassa aparatına vurulduğu deyilib.
Restoranın instaqram hesabına nəzərə yetirərkən maraqlı kommentə rast gəlinib. Belə ki, istifadəçilərdən biri 750 AZN-lik çay dəstgahı yazıb və Vasif Məhərrəmlini təq edib.//baku.vs
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70