"Məkkəni övladımın iyini qoxlaya-qoxlaya ziyarət etmişəm" - Elnur

Oxunma sayı: 173
2-06-2022, 07:40

"Məkkəni övladımın iyini qoxlaya-qoxlaya ziyarət etmişəm" - Elnur
Xəbər veridyimiz kimi, müğənni Elnur Məmmədov Mədinə şəhərinə gedib.


Arasdırma.info xəbər verir ki, ifaçı ziyarətdən paylaşım edərək 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə oğlunu təbrik edib:

"Bu gün 1 İyun - uşaqların günüdür, bayramıdır. Uşaqlar Allahın bizə ən gözəl hədiyyəsidir. Allahım arzusunda olan hər kəsə nəsib et. Məkkəni, Mədinəni Allahın mənə bəxş etdiyi övladımın, cənnətimin iyini qoxlaya-qoxlaya, yəni övladımın paltarını özümlə götürüb, iyini içimə alaraqdan bu gözəl məkanları ziyarət eləmişəm. Əziz balam İnam, səni bu bayram münasibəti ilə və sənin simanda bütün uşaqları səmi qəlbdən təbrik edirəm. Sağlam olun, gözəl balalar".

Qeyd edək ki, 2011-ci ildə ailə quran Elnurun ötən il İnam adlı oğlu dünyaya gəlib.//axsam.az

Paylaş
Xəbər lentİ