"Qapalı geyinmək əxlaqdır" - Əkbər Əlizadə

Oxunma sayı: 219
14-06-2022, 08:37

"Qapalı geyinmək əxlaqdır" - Əkbər Əlizadə
Əməkdar artist Əkbər Əlizadə qadınların açıq-saçıq geyimlərini tənqid edib.

Arasdırma.info xəbər verir ki, aktyor bu haqda aparıcısı olduğu "Gündən günə" proqramında danışıb. O bildirib ki, qadınlarla yanaşı kişilərin də şortik geyinməsini xoşlamır:

"Evdən çıxıb nəsə almağa gedəndə, yenə deyirəm belə görünməməliyəm. Şortikdə həyətə çıxmaram. Bəzən yastı corablar geyinirlər, ayaqqabıda ayaqyalın görünür. Efirə elə çıxa bilmərəm. Kim geyinir, özü bilər.

Qadınlarda da eyni: qadın nə qədər qapalı geyinərsə, o qədər maraqlı və ismətli olur. Deyirlər, geyim əxlaqdan xəbər vermir. Yox, belə deyil, geyim əxlaqın özüdür. Biz bunu təbliğ etməliyik. Biz rahatıq, belə geyinirik. Nə qədər örtülü olacaqlar, o qədər Azərbaycan qadını adına qürur, əzəmət gətirəcəklər".//axsam.az

Paylaş
Xəbər lentİ