Milyarddan çox baxış toplayan yerli müğənnilər - SİYAHI

Oxunma sayı: 152
17-06-2022, 07:21

Milyarddan çox baxış toplayan yerli müğənnilər - SİYAHI
Şou-biznes əhli zaman-zaman şəxsi həyatları, bahalı və lüks yaşayış tərzləri ilə gündəmə gəlsələr də, onlar arasında sənət nümayiş etdirənlər də az deyil. Səhərdən axşama qədər təmtəraqlı məclislərdə sevilən ifalarını təqdim edən sənət adamları əldə etdikləri gəlirlə mahnı alır, eyni zamanda bahalı kliplər çəkdirirlər. Ərsəyə gətirdikləri həmin ekran işlərini isə şəxsi yutub kanallarına yerləşdiriərək sevənlərinin ixtiyarına verirlər. Bu platformaya ümumi olaraq nəzər salsaq, əksər ifaçılarımızın milyonlarla baxış sayı yığan kliplərini görmüş olarıq.

Arasdırma.info xəbər verir ki, bu dəfə baku.ws saytı olaraq yutub sosial platformasında klipləri daha çox izlənilən azərbaycanlı müğənnilərin kimliyini araşdırdıq. Onların siyahısını siz oxucular üçün təqdim edirik:

Yutubda klipləri ən çox izlənilən məşhurlar arasında müğənni Üzeyir Mehdizadə ilk yerdədir. Onun şəxsi yutub kanalının 1 milyon 88 min abunəçisi mövcuddur. Bu platformada 2012-ci ildə özünə kanal açan Üzeyirin ən çox baxılan klipi "Yaxsi olar" mahnısına çəkilən ekran işidir. Sənətçinin bu klipi nə az nə çox, 283 milyon dəfə izlənilib. Sənətçinin kanalındakı kliplərin ümumi baxışı isə 877 milyondan çoxdur.

Müğənni Nahidə Babaşlının yutub kanalı 2017-ci ildən fəaliyyət göstərir. Buna baxmayaraq ifaçının 1 milyon 39 min izləyicisi var. Onun şəxsi kanalına yerləşdirilən "Ay yüzlüm" ifasının görüntüləri 84 milyon baxış sayı toplayıb.

Müğənni Talıb Talenin yutubda 1 milyon 18 min abunəçisi var. Mahnılarının böyük əksəriyyətinin özü bəstələyən sənətçinin klipləri də yetəri qədər baxış sayı yığıb. Onun həmkarı Zeynəb Həsəni ilə akustik tərzdə oxuduğu "Səbr elə" mahnısı 125 milyon dəfə izlənilib.

Müğənni Şəbnəm Tovuzlunun yutub kanalı 2016-cı ildə açılıb. Sənətçinin 1 milyon 8 min izləyicisi var. Onun "Xəstəyəm" mahnısının görüntüləri 54 milyondan çox baxış sayı toplayıb.

Müğənni Damlanın yutubda təxminən yarım milyon, yəni 560 min abunəçisi var. Onun "Popuri" mahnıların ibarət klipi 38 milyon dəfədən çox izlənilib.

Paylaş
Xəbər lentİ