Əməkdar artist Dilarə Əliyeva "Yuxu kimi" serialında oynadığı obrazını tənqid edib.
Arasdırma.info Axşam.aza istinadən xəbər verir ki, ilk dəfə mənfi bir obraz canlandıran aktrisa "Söhbət var" proqramında bu haqda danışıb. D.Əliyeva bildirib ki, canlandırdığı Əsmər obrazına nifrət edir:
"Bu yaşa qədər ilk dəfədir oynadığım obraza, qadına nifrət edirəm. Nifrət edə-edə də oynayıram. Tamaşaçı soruşacaq ki, niyə, nifrət edə-edə oynayırsınız? Öz sənətimi başqa cür yaşaya bilmirəm: maraqlıdır fərqli obrazlar oynamaq, özümə aid olmayan xarakteri canlandırım. Bunu yaşamaq mənə maraqlıdır. Öz sənətimi, sənətimin boynuna düşən borcu canlandırıram. Oynadığım Əsmər obrazına haqq vermirəm. Cəmiyyətimizdə belə qadınlar çoxdur. O qadınların al dilinə, mehribanlığına, tülkü kimi qılığa girməyinə inanmayın. Onlar saman altından su yeridib, ailələri məhv edirlər".
D.Əliyeva küçədə ona yaxınlaşan qadından danışaraq "Bu yaxınlarda küçədə qadın yaxınlaşdı ki, heç düz etmirsiniz... Olar ailəli kişini evindən didərgin salmaq?" sözlərini əlavə edib.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70