Nadir Qafarzadə ailəsi ilə birgə qəza keçirdi

Oxunma sayı: 184
11-07-2022, 15:11

Nadir Qafarzadə ailəsi ilə birgə qəza keçirdi
Müğənni Nadir Qafarzadə ağır avtomobil qəzası keçirib.

Arasdırma.info xəbər verir ki, bu haqda sənətçi “Şourum” proqramına müsahibəsi zamanı bildirib. İfaçı paytaxtdakı avtobuslardan birinin onun avtomobilini vurduğunu deyib:

"Sol yoldan sağa keçəndə avtobus gəldi və avtombilimi arxadan vurdu. Maşınım yerində fırlandı. Həyat yoldaşım da, uşaqlar da qışqırmağa başladılar. Gördüm, avtomobilim xeyli ziyan çəkib. Amma şükür, uşaqlarıma heç nə olmadı.
Həyat yoldaşım çox qorxmuşdu. 3-4 gün sonra mənə polisdən zəng vurdular ki, cərimələnmisən. Getdim, avtobusun da cəriməsini ödədim".//oxu24

Paylaş
Xəbər lentİ