Əməkdar artist Yusif Mustafayev toyda başına gələn bədbəxt hadisədən söz açıb.
Arasdırma.info xəbər verir ki,Cahantv.az-ın məlumatına görə, ifaçı bu barədə ARB TV-də yayımlanan “Həmin Zaur” verilişində danışıb.
Y.Mustafayev toyda mahnı ifa edən zaman mikrofondan onu tok vurduğunu bildirib:
“Bu hadisə 1981-ci ildə bölgələrimizin birində toyda olarkən baş verib, 14 saat komada qalmışam. Mən bir yerdə dayanan adam olmamışam. 22 metr mikrofonumun kabelinin uzunluğu var idi, bütün məclisi o mikrofon ilə dolanırdım”, - deyə Əməkdar artist bildirib.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70