İlkindən benzinin bahalaşmasına etiraz

Oxunma sayı: 208
14-07-2022, 08:19

İlkindən benzinin bahalaşmasına etiraz
"Ay qardaş, dəyişiklik olar 5 qəpik,10 qəpik... Birdən-birə 40 qəpik bildiyin qalxmaqdır, qalxmaq".


Arasdırma.info xəbər verir ki, bu sözləri aparıcı İlkin Həsəni sosial şəbəkədə yazıb. O, “Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətinin bahalaşmasına etiraz edib.

Gileylənən İlkin "Pisəm. Həftəlik büdcəyə 30 manat əlavə olundu" deyə, sözlərinə əlavə edib. O, daha sonra maşınına benzin doldurarkən ona verilən çeki paylaşıb.

Qeyd edək ki, Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiyməti 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək. “Aİ-98” markalı benzinin satışı isə 2 AZN-dən 2,30 AZN-ə qalxıb.

Paylaş
Xəbər lentİ