Əməkdar artist Lalə Məmmədova "Günün sədası" proqramında qonaq olub.
Arasdırma.info xəbər verir ki, müğənni yaradıcılıq həyatı ilə bağlı süjeti izləyərkən kövrəlib. L.Məmmədova qazandığı pullardan danışıb:
"Özümü heç vaxt xanəndə hesab etməmişəm, amma muğam oxumuşam. Aktrisa deyiləm, amma baş rol oynamışam. Ağacdı, yarpaq kimi aça-aça ucuna doğru gedirəm. Nə gözəl ki, həyatım boşa getməyib. Baxıram 10 il əvvəlki işlərimə. Mənə bu şansı verən şəxslərə təşəkkür edirəm. Bütün həyatım boyu ən zərif və zəyif yerim musiqi olub. Qazandığım pullarla villa tikməmişəm, şəhərin bir neçə yerində evim yoxdur, bahalı maşın sürmürəm. Studiyalarda qoyduğum pullara şəhərdə bir neçə ev alardım".
//axsam.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70