Sosial şəbəkələrdə 17 yaşlı Laçının imtahanda yüksək bal toplamaması səbəbindən valideynlərinin təzyiqi ucbatından intihar etməsi ilə bağlı məlumat yayılıb. Onun intihar etməzdən öncə paylaşdığı deyilən status sosial mediada geniş müzakirələrə səbəb olub.
Arasdırma.info xəbər verir ki, hadisəyə münasibət bildirənlərdən biri də müğənni Elnarə Xəlilova olub. O, övladı ali məktəbə qəbul olmayan valideynlərə müraciət edib:
"Etməyin, eləməyin belə, əziz valideynlər. Övladınız ali məktəbə qəbul olmadı? Canınız sağ olsun. Verin peşə məktəbinə, dərziliyə, vizajistliyə, aşpazlığa. Bir məşğuliyyət tapın uşağınıza. Oğlunuzu da həmçinin: getsin ofisiant işləsin, maşın yusun, usta işləsin. Amma canına qoymayın qəsd etsin. Xahiş edirəm sizdən, yalvarıram sizə".//axsam.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70