İstirahət üçün ABŞ-a gedən Tolik XƏSTƏXANALIQ OLDU

Oxunma sayı: 158
30-07-2022, 20:33

İstirahət üçün ABŞ-a gedən Tolik XƏSTƏXANALIQ OLDU
Aparıcı-prodüser Tarix Əliyev (Tolik) yay tətilində istirahət üçün ABŞ-a üz tutub.

Arasdırma.info xəbər verir ki, səfər zamanı Tolikin başına iş gəlib.

Səhhətində problem yaşayan T.Əlyev xəstəxanalıq olub. Bununla bağlı özü paylaşım edib.

Paylaşımında qeyd edib:

"Həyatımda ilk dəfə sağlamlığımın önəmli olduğunu anladım. Xəstəxanaya getdim. Bura düşmə səbəbim Nyu-Yorkda şəkərimin yüksək olmasının ortaya çıxması oldu. Hospitalda mənə göstərilən isti qayğıya, həkim peşəkarığına görə, 5 saata yaxın yanımda olan Sevil xanıma təşəkkür edirəm. 15 gündür özümdə qəribə bir hal oldu. Yalan olmasın gündə 4, 5 litr su içirdim. Elə su içmək istəyirdim. Dilimin üstü yandırırdı, elə bil istiot vurublar. Bir az gəzirdim halsız olurdum. Burada ölçdülər və nəticədə...".//lent.az

Paylaş
Xəbər lentİ