“6-7 aydır ki, zibilin içində yaşayırıq, Abşeron Rayon İcra Hakimiyyəti isə problemi həll etmir”

Oxunma sayı: 223
3-08-2022, 18:17

“6-7 aydır ki, zibilin içində yaşayırıq, Abşeron Rayon İcra Hakimiyyəti isə problemi həll etmir”
“Yanvar ayından bu günə qədər yaşadığım Masazır qəsəbəsi, Siyavuş Aslan küçəsində problemlərin içində itib-batırıq. Heyf o ada ki, bu küçəyə veriblər. Sözün əsl mənasında zibilə düşmüşük. Yaşadığımız küçəyə əvvəlcə böyük bir zibil maşını gətirib qoydular. İçi də zibillə dolu. Düşündük ki, yəqin zibil maşınını apararlar. Camaat da başladı həmin zibil maşınına zibil atmağa. Maşın dolub-daşandan sonra insanlar zibili hasarın o tərəfinə atmağa başladılar. Bu mənzərə bizim evimizlə üzbəüzdür. Qurd-quş, zibilə yığılan digər həşəratların əlindən hərəkət etmək olmur. Hələ 1-2 dəfə ilan da görmüşük”.

Arasdırma.info xəbər verir ki,bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni, Sevda Əliqızı deyib. O daha sonra əlavə edib.

“Bütün bu olanlar azmış kimi ikinci bir yük maşınını da gətirib həmin maşının yanına qoydular. Ona da başladılar zibil tökməyə. Zibil yerlə bir olub. Bir tərəfdən də məhəllədə lyuk açıqdır. Gəlib-gedən, oynayan uşaqlar ora düşürlər. Axır ki, bir nəfər düşüb həlak olacaq, ondan sonra baxacaqlar? Bunu gözləyirlər?! Yağış yağanda lyuk su ilə dolur, camaat daş qoyub daşın üstündən, divardan tuta-tuta keçir” deyə sənətçi bildirib.

Sevda Əliqızı aidiyyatı qurumlara müraciət etdiklərini, amma onlardan bir xəbər çıxmadıqlarını da bildirib.

“Dəfələrlə Abşeron rayon İcra Hakimiyyətinə, Masazır Qəsəbə Bələdiyyəsinə müraciət etsək də müraciətlərimiz cavabsız qalıb. İcra Hakimiyyətindən bizə deyildi ki, gedin Bələdiyyə həll etsin. Qonşularla yığışıb getmişik, Bələdiyyənin qabağında böyük qırğınlar olub. Söz veriblər ki, gəlib maşınları yığışdıracağıq, amma verdikləri sözə əməl etməyiblər. 1 həftə, 1 həftə deyə-deyə artıq 7-8 aydır bu vəziyyətdəyik! Bilmirik daha hara şikayət edək?! Bu yayın istisində qapını, pəncərəni aça bilmirik. Üfunət iyi, qoxusu, həşəratlar evin içinə dolur” deyə sənətkar bildirib.

“6-7 aydır ki, zibilin içində yaşayırıq, Abşeron Rayon İcra Hakimiyyəti isə problemi həll etmir”
“6-7 aydır ki, zibilin içində yaşayırıq, Abşeron Rayon İcra Hakimiyyəti isə problemi həll etmir”

Paylaş
Xəbər lentİ