Müğənni Şəbnəm Qəhrəmanova bu gün təcili xəstəxanaya yerləşdirilib. Müğənninin anidən ürəyi tutub. Təcili Tibbi Yardımın ilkin müayinəsindən sonra müğənni xəstəxanaya yerləşdirilib.
Arasdırma.info xəbər verir ki, sənətçinin meneceri Paşanın shownews-a bildirdiyinə görə, Ş.Qəhrəmanova aritmiyadan əziyyət çəkir. Bundan müalicə alır. Hadisənin isə anidən baş verdiyini açıqladı:
"Nə olduğunu anlamadıq. Anidən yıxıldı. Elə bildik, ürək döyüntüsü artıb. Gördük, vəziyyət o deyil. Təcili yardım çağırdıq. Onlar isə ilkin tibbi yardım göstərdikdən sonra təcili xəstəxanaya aparmalı olduqlarını bildirdilər. Hamıdan xahiş edirəm, dua etsin. Çox narahatıq. Qucağında azyaşlı körpəsi var".//musavat.com
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70