Damla niyə soyundu?

Oxunma sayı: 196
31-08-2022, 00:51

Damla niyə soyundu?
Bu günün əyləncə kültürü ilə sənəti bir-birinə qarışdıran məşhurlar ordusu var. Eləcə də onları dinləyən milyonlarla insanın əsl sənətin nə olduğu haqqında heç bir təsəvvürünün olmadığını aydın şəkildə görürük.
Əylənməyə daha çox ehtiyac hiss edən insanların çoxluq təşkil etdiyi Yer planetində sənət (söhbət musiqi sənətindən gedir) öz simasını itirəli təxminən 30- 35 il olub. Sənəti ilə gündəmdə qala bilmək hər gün keçdikcə bir az daha çətinləşir. İnsanların, hətta medianın diqqətini çəkə bilmək üçün yaxşı mahnı, yaxşı şeiriyyət, mükəmməl səs bəs etmir. Azərbaycan səhnəsində çox az müğənni var ki, sənəti yaşatmağa çalışır. Amma böyük əksəriyyət məşhurlaşmaq, “ulduz” olmaq iddiasında olduğu üçün ona təklif edilən nə varsa, qəbul edir. Bu məqamda da ortaya çox biabırçı mənzərələr çıxır.
Uzun illərdir ki, məşhur dediyimiz müğənnilər oxuduqları mahnılar, çəkdirdikləri kliplər, ümumilikdə sənətləri ilə deyil, daha çox geyimləri, ailə söhbətləri ilə gündəmə gəlir. Tanınmaq, gündəmdə qalmaq üçün seçdikləri yol isə onları hər gün bir az daha uçuruma aparır.

[media=]

Paylaş
Xəbər lentİ