"Daşlar başıma düşəcəkdi, 2 balam da yetim qalacaqdı" - Fotolar

Oxunma sayı: 190
1-09-2022, 23:53

"Daşlar başıma düşəcəkdi, 2 balam da yetim qalacaqdı" - Fotolar
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanovanın başına iş gəlib.


Arasdırma.info xəbər verir ki, o, bu haqda feysbuk hesabında yazıb. Fəridə bildirib ki, "Sahil" metrosunun üstündəki binanın üstündəki daşlar qoparaq yoldan keçənlərin üstünə tökülüb:

"Bu gün günorta kiminsə səhlənkarlığının qurbanı olacaqdım. "Sahil" metrosunun üstündəki binanın sonuncu mərtəbəsinin eyvanından qopan daşlar başıma düşəcəkdi, öləcəkdim, 2 balam da yetim qalacaqdı. Hələ də əllərim əsir. Əcəl ilə mənim aramda bir neçə santimetr var idi...

Heç olmasa ölkədəki turistlərdən ayıbdır. Elə həmin an o yolu keçən piyadalar arasında əcnəbilər də var idi. Bir turist bu hadisəni lap faciə kimi qəbul etdi, canlı yayım açıb kiməsə öz dillərində nağıl etdi".

F. Aslanova lazımi qurumlara səslənərək "Bu binanın fasadına, eyvanına ciddi baxış keçirilməlidir. İnsanların əsəbləri ilə oynamaq olmaz" sözlərini əlavə edib. //axsam.az
"Daşlar başıma düşəcəkdi, 2 balam da yetim qalacaqdı" - Fotolar

Paylaş
Xəbər lentİ