"TikTok-dakıları izləyənlər Marsdan gəlib?"

Oxunma sayı: 156
21-09-2022, 02:51

"TikTok-dakıları izləyənlər Marsdan gəlib?"
Aparıcı-bəstəkar Murad Arif TikTok-un ölkə ərazisində müvəqqəti fəaliyyətinin dayandırılmasına sevinənləri tənqid edib.

Arasdırma.info xəbər verir ki, o, sosial şəbəkədəki paylaşımına bunları yazıb:

"Tiktok kimi platformalar sadəcə bir aynadır. Özünüzü görməkdən qorxmayın. "Pıxıdır" deməklə gözəl olmursan. Ən çox izlənilənlər və onları izləyənlər Marsdan gəlib? İmkan verin bilək ki, kimlərdən ibarətik, necəyik, nə edək bu cəmiyyətlə və hara gedirik?".

Qeyd edək ki, TikTok yayımının müvəqqəti dayandırılmasına sevinənlər arasında müğənni Gülay Zeynallı, rəqqasə Fatimə Fətəliyeva yer alıblar. //axsam.az

Paylaş
Xəbər lentİ