"Bu gün "Nə olar Allahım"ı kimlər oxumur ki... Oxuya bilənlər də, bilməyənlər də var. Oxuya bilməyənlərin də xətrinə dəymirəm. Bir yaddaqalan əsər yaratdığım üçün sevinirəm".
Arasdırma.info xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Özəl" proqramında deyib. Müğənni mahnılarından bəhs edib. O bildirib ki, bir vaxtlar oxuduğu bəstələrdə dediyi sözləri illər sonra yaşayıb.
Dostəliyeva müğənni Səidə Sultanın hazırda gündəm olan bayağı mahnılarla bağlı dediklərinə münasibət bildirib:
"Gözəl söz dedi: biz mahnılarımızı oxuduq. İndiki gəncləri bizdən də üstün olmalarını,x aricdə tanınmalarını gözləyirdiq. Amma bayağı musiqi ilə gündəmə gəlirlər. Sözündə həqiqət var. Bu cür mahnılar müvəqqətidir, burdan gələcək, oradan gedəcək".
Keçmiş həyat yoldaşını xatırlayan Nazpəri ayrılan zaman yaşadığı çətinliklərdən bəhs edib:
"Övladlarımı götürüb evdən çıxandan sonra, həyat yoldaşım evləndi. 10 il birlikdə yaşadıq, iki övladımın atası olub... Tez evləndi. Mən isə evliliyi düşünmədim, 2 oğul böyüdürdüm, övladlarımı düşünürdüm. Pis olurdum, ağlayırdım. Nüsrət Kəsəmənli dedi ki, ağlama, gizlət göz yaşını, görməsin. Mənim "Göz yaşımı görməyəcəksən" mahnım elə yarandı".//axsam.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70